Rusiyanın Murmansk vilayətində qar uçqunu altında qalmış 13 yaşlı uşaq ölüb

Rusiyanın Murmansk vilayətində qar uçqunu altında qalmış 13 yaşlı uşaq ölüb

Rusiyanın Murmansk vilayətində qar uçqunu altında qalmış turist qrupundan olan uşaq ölüb.

SİA "ria.ru" saytına istinadən xəbər verir ki, bu barədə “RİA Novosti”yə bölgənin təcili yardım xidmətinin nümayəndəsi bildirib.

Məlumata görə, bu, 2008-ci il təvəllüdlü qız uşağıdır. Rusiya Fövqəladə Hallar Nazirliyi qrupun digər üzvlərinin tibbi yardıma ehtiyacının olmadığını bildirib.

“Qar kütləsi ​​altından 2008-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan bir uşaq çıxıb. Qalan qrup üzvlərinin heç birinin tibbi yardıma ehtiyacı yoxdur, vəziyyətləri qənaətbəxşdir”, - deyə nazirliyin məlumatında qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə