“Bayden rəhbərliyi "təhlükəli reflekslərə" malikdir” Aleksey Puşkov
Görünür ki, Amerika Prezidenti Co Bayden rəhbərliyi ABŞ hegemonluğunu qaytarmaq istəyir, ancaq buna necə nail olacağını bilmir. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu sözləri rusiyalı senator Aleksey Puşkov Telegram kanalında yazıb.
O, ABŞ-ın onsuz da "heç bir səbəb, əsas olmadan" bombaladığı Suriyanı misal çəkib. Senatora görə, Bayden rəhbərliyi "təhlükəli reflekslərə" malikdir.
"Moskvanı təhqir etdilərsə də indi özləri axmaq görünürlər", deyən Puşkov, Amerika səlahiyyətlilərinin İranı da qorxutmaq istədiklərini xatırladıb.
"Heç bir siyasət, heç bir diplomatiya yoxdur, yalnız qıcolmalar müşahidə olunur", deyə Aleksey Puşkov bildirib.
Xatırladaq ki, 2015-ci ildə İngiltərə, Almaniya, Çin, Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa İranla Hərtərəfli Birgə Fəaliyyət Planı imzaladılar ki, bu da Tehranın nüvə proqramının məhdudlaşdırılması qarşılığında sanksiyaların ləğv edilməsini tələb edir. Lakin, 2018-ci ildə ABŞ Prezidenti Donald Tramp birtərəfli qaydada razılaşmadan çəkilməyə və İrana qarşı sərt sanksiyaları bərpa etməyə qərar verib.
Nəzərə çatdıraq ki, 2019-cu ildə Tehran razılaşma çərçivəsində öhdəliklərin mərhələli şəkildə azaldığını elan edib. Keçən ilin sonunda İranda yüksək dərəcədə zənginləşdirilmiş uran istehsalına başlamaq və həm də plan xaricində olan daha güclü sentrifuqalardan istifadə etməyi məcbur etmək barədə bir qanun qüvvəyə minib.
Onu da qeyd edək ki, ABŞ Dövlət katibi Antony Blinken, 10 mart tarixində, Vaşinqtonun Tehrana qarşı sanksiyaları ləğv etməyəcəyini təsdiqləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB