Donald Tramp, Co Baydenin təyyarənin trapında yıxılmasını şərh edib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp prezident Co Baydenin təyyarənin trapında başına gələn hadisəyə münasibət bildirib və onun çıxışından bir parça TikTok-da yayımlanıb.
"Co Baydenin təyyarənin trapında necə getdiyini izlədim və dedim ki, mən ona uduzmadım", deyə Tramp bəyan edib.
Xatırladaq ki, ABŞ prezidenti Co Baydenin təyyarəyə qalxarkən üç dəfə yıxılmasının videosu sosial mediada geniş yayılıb. Ağ Ev hadisənin səbəbini güclü bir külək olması ilə izah edib və prezidentin özünü çox yaxşı hiss etdiyini bildirib.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB