Əgər Paşinyan bunu bacarmasa... - Rus ekspertdən AÇIQLAMA

Əgər Paşinyan bunu bacarmasa... - Rus ekspertdən AÇIQLAMA

Ermənistanın baş naziri Nikol Paşinyan erkən seçkilərdə qələbə qazanacağına əmindir. Bu səbəbdən belə bir addım atmağa qərar verdi, lakin məğlub olduğu təqdirdə istefa etməli olacaq.

SİA xəbər verir ki, bunu RİA "Novosti"yə rusiyalı politoloq Sergey Mixeyev deyib.

Ekspert bildirib ki, Paşinyanın sonuncudan başqa çıxış yolu olmayacaq: "Paşinyan bir tərəfdən müxalifətin təzyiqi altında erkən seçkiləri elan etdi. Digər tərəfdən, ehtimal ki, seçkilərdə qalib gəlməli olduğunu düşünür və bu, növbəti dövr üçün səlahiyyətlərini təsdiqləyəcək. Yəqin ki, seçiləcəyini düşünür, amma olmasa, o zaman hakimiyyətdən getməli olacaq. Düşünürəm ki, başqa variant yoxdur".

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan ölkədə iyunun 20-də erkən seçkilərin keçiriləcəyini açıqlayıb. Martın 18-də Çiçəklənən Ermənistan Partiyasının lideri Qaqik Sarukyanla görüşən baş nazir mövcud daxili siyasi vəziyyətdən ən yaxşı çıxış yolunun erkən parlament seçkiləri olduğunu bildirib.

Bu arada, ekspertlər qeyd edir ki, parlament seçkilərinin keçirilməsi ölkədə hərbi vəziyyətin ləğvi tələb olunur. Bu prosedur Ermənistan Konstitusiyası çərçivəsində nəzərdə tutulub. Qanuna görə, Milli Məclisə seçkilər hərbi və ya fövqəladə vəziyyət dövründə keçirilmir. Bundan əlavə, erkən parlament seçkiləri parlamentin buraxılmasından ən geci 30 gün sonra və ondan sonra 45 gündən gec olmayaraq keçirilir. Parlamentin özü mövcud hökumət başçısı istefa etdikdən sonra deputatların 2 dəfə yeni baş nazir seçə bilməməsindən sonra buraxıla bilər.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə