25-26 mart tarixlərində Brüsseldə keçirilməli olan Avropa İttifaqının sammiti koronavirusa yoluxma hallarının sayının artması səbəbilə videokonfrans rejimində baş tutacaq.
SİA-nın məlumatına görə, bu barədə özünün "Twitter" səhifəsində Avropa Şurası prezidentinin mətbuat katibi Brend Leyts yazıb.
B.Leyts bildirib ki, bu barədə qərarı Avropa Şurasının prezidenti Şarl Mişel qəbul edib.
Qeyd edək ki, Avropada koronavirusun yayılmasının üçüncü dalğası çərçivəsində hər gün yoluxma hallarının sayında artım müşahidə edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB