Putinin həftə sonu istirahətindən FOTOLAR

Putinin həftə sonu istirahətindən FOTOLAR

Prezident Vladimir Putin və Rusiyanın müdafiə naziri Sergey Soyqu həftə sonu Sibirdə istirahət ediblər.

SİA-nın "RİA Novosti" yə istinadən məlumatına görə, bu barədə Rusiya liderinin sözçüsü Dmitri Peskov məlumat verib.

Rusiya lideri bu yaxınlarda bir az istirahət etmək üçün Tayqaya gedəcəyini bildirib. Peskov Prezident və Müdafiə nazirinin meşədə ərazi nəqliyyat vasitəsini idarə etdiyini və yürüş etdiyini deyib.

Daha sonra Putin və Soyqu gəzintidən sonra açıq havada nahar ediblər.

Müəllif: Minarə Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə