İspaniyada “Sükut günü”

İspaniya hökuməti sabah planlaşdırılan bələdiyyə və regional seçki ərəfəsində bütün ictimai çıxışlara qadağa qoyub. SİA-nın xəbərinə görə, lakin bütün bunlara baxmayaraq on minlərlə insan yenə də öz etiraz aksiyalarını davam etdirir. Bu gün ölkədə "sükut günü" elan edilib. Ancaq bir çox bölgədə insanlar mərkəzi meydanlarda salınan çadır düşərgələrini tərk etmirlər.

İspaniyanın baş naziri Xose Luis Rodriqes Sapatero bu etiraz aksiyalarına hörmət edilməli olduğunu söyləyib. Onun sözlərinə görə, insanlar dəyişikliyə küçələrdə deyil, seçki məntəqlərində nail olmalı və istənilən dəyişiklik səsvermə yolu ilə baş tutmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə