İspaniya hökuməti sabah planlaşdırılan bələdiyyə və regional seçki ərəfəsində bütün ictimai çıxışlara qadağa qoyub. SİA-nın xəbərinə görə, lakin bütün bunlara baxmayaraq on minlərlə insan yenə də öz etiraz aksiyalarını davam etdirir. Bu gün ölkədə "sükut günü" elan edilib. Ancaq bir çox bölgədə insanlar mərkəzi meydanlarda salınan çadır düşərgələrini tərk etmirlər.