Paşinyan Qarabağla bağlı üçtərəfli bəyanatdan imtinanı fəlakət adlandırıb
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən ötən ilin noyabrında imzalanmış Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanatdan imtinanı fəlakətə səbəb olacağını deyib.
SİA-nın "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata görə, o Ermənistanın Araqatsotn bölgəsinə səfəri çərçivəsində kəndlilərlə görüşdə deyib: "İndi deyirlər ki, xain hökumət (Ermənistan, iqtidar hakimiyyət - red.) getməlidir. İmzaladığımız sənəddən (Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən ötən ilin noyabrında imzalanmış Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanat - red.) imtina edəcəksinizmi? Xeyr, bu sənədi cırsaq fəlakət olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB