DİQQƏT! Tədqiqatçılar virusun yeni növünün daha təhlükəli olduğunu açıqlayıb ARAŞDIRMA
Britaniya tədqiqatçıları COVID-19-un yeni növünün digər viruslara nisbətən daha yoluxucu olduğunu və uşaqlar arasında daha çox yayıla biləcəyini deyib.
Ölkənin Respirator virus təhlükəsi üzrə məsləhət qrupunun alimləri bu həftənin əvvəlində jurnalistlərə virusun yeni növünün digərlərindən təxminən 71% daha çox yayıla biləcəyini bildirib. Dünyanın digər ölkələrinə gəldikdə isə Peruda koronavirusa yoluxma halları 1 milyonu keçib. Səhiyyə Nazirliyi çərşənbə axşamı ölkə boyu koronavirusa 1.15.153 nəfərin yoluxduğunu, 37 218 ölüm halının qeydə alındığını bildirib. Peru Braziliya, Argentina, Kolumbiya və Meksikadan sonra Latın Amerikasında yoluxanların sayının 1 milyonu keçdiyi beşinci ölkədir.

Avropa İttifaqı alimlərinə görə, yeni mutasiya olmuş növ İsrail, Belçika, Danimarka, İtaliya və Hollandiyada da aşkar edilib.
İngiltərədə də mövcud olan koronavirusun Cənubi Afrika variantı, mövcud bir mutasiyanı daha yoluxucu edir və hətta peyvəndlərin təsirini azalda bilər.
İngiltərədə Covid-19 mütəxəssisləri, Cənubi Afrika variantında da mutasiya daşıyan virusun ilk hallarını təyin ediblər.
Mutasiyaya uğrayan virus narahatlığa səbəb olur, çünki iki mənfi xüsusiyyətin birləşməsi ilə yaranıb.
Koronavirusdan sağalan xəstələr üçün belə virus təhlükəlidir. Bu mutasiyaların xüsusilə 20 yaşında olan insanlarda yoluxdurucu olduğu düşünülür. Nəticədə, bu istifadə olunan peyvəndlərin daha az təsir edəcəyinə əsas verir. Həmçinin bu, koronavirus infeksiyasından sağ çıxan insanların təkrar infeksiyaya qarşı həssas ola biləcəyi deməkdir.
Braziliya alimləri, E484K mutasiyasını aşkar etdikdən sonra bu cür yenidən yoluxma hallarını ayrıca bildiriblər. Koronavirus inkişaf etdikcə ingilis səhiyyə işçilərinin araşdırmaları digər ölkələrlə müqayisədə daha tez nəticə göstərib. İngiltərənin dəyişikliklərlə bağlı daha uğurlu nəticələri var.
Koronavirusda 11 mutasiya birləşməsi hadisəsi tapılıb. Afrika, Brazilya Britaniya və s. mutasiya formaları yaranıb. Gələcəkdə virus daha təhlükəli olacaq. Amerikalı epidemioloq Erik Feigl-Ding virusla bağlı vəziyyəti "yaxşıya doğru getmir" olaraq xarakterizə edib.
İngiltərənin səhiyyə naziri Matt Hankok verdiyi açıqlamada yeni bir Covid-19 variantının müəyyən edildiyini söyləyib..jpg)
Mutant Covid-19 necə aşkar edildi?
İngiltərədəki Covid-19 nümunələrinin sıralanmasını həyata keçirən Covid-19 konsorsiumu İngiltərənin dörd səhiyyə müəssisəsinin, həmçinin "velkome sanger" (Wellcome Sanger) institutu və 12 akademik qurumun ortaqlığıdır. Konsorsium, 2020-ci ilin aprelində qurulduğu gündən bu yana koronavirusa yoluxmuş insanlardan 140.000 virus genomunu müəyyənləşdirib
İngiltərədə, təxminən 60 fərqli orqanda bu variantla 1108 hadisə müəyyən edilmişdir, lakin faktiki say daha çox olacaqdır. Bu hadisələr əsasən İngiltərənin cənub-şərqində idi, lakin Uels və Şotlandiya da daxil olmaqla daha ucqar bölgələrdən yeni xəbərlər var.
Alim Loman: "Bu variantda dramatik bir artım var, buna görə narahatlıq keçiririk və təcili izləmə və araşdırmaya ehtiyacımız var. Virusları daha yoluxucu edən mutasiyalar onları daha təhlükəli etmir"
Vaxt keçdikcə daha çox mutasiya meydana gəldiyindən peyvəndin dəyişdirilməsinə ehtiyac ola bilər. Bu, hər il mutasiya edən mövsümi qrip ilə baş verir və peyvənd buna uyğun olaraq tənzimlənir. "SARS-CoV-2" virusu qrip virusu qədər sürətlə mutasiya etmir və indiyədək sınaqlarda effektiv olduğunu sübut etmiş peyvəndlər lazım olduqda asanlıqla dəyişdirilir.
Peakok: "Mutant virusa yoluxmuş şəxs vaksindən sonra immun sisteminin vaksinə necə cavab verəcəyi haqqında bir söz deyə bilmərik. Lakin, bir vaksin uğursuzluğu və ya reinfeksiya varsa, bu hal genetik ardıcıllıq üçün yüksək prioritet kimi qəbul edilməlidir.
.jpg)
"Koronavirusun Britaniya, Cənubi Afrika ştamları yalnız bir bölgə ilə əlaqəli bir proses deyil. Ümumiyyətlə, yeni növlərin yaranması DNT-tərkibli virusların mutasiya etmək qabiliyyətinin bir nümunəsidir". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Məmmədli deyib.
Deputat sözlərinə əlavə edərək bildirib ki, araşdırmalar göstərir ki, aşkarlanmayan və analiz nəticəsində müəyyən olunmayan digər mutasiyalarda var: "Bu baxımdan virusların mutasiya etməsinin qeyri-adiliyi yoxdur və bu normal haldır. Nəticədə biz virusların mutasiya olmasının şahidi oluruq. Lakin, Britaniya ştamının fərqli xüsusiyyəti ondan ibarətdir ki, DNT zəncirinin müəyyən bir hissəsində nükleotidlərin qurluşunda dəyişikliklər olur və bu dəyişikliklər nəticəsində artıq virus bir qədər fərqli xarakter daşıyır. Burada məsələ ondan ibarətdir ki, virusun mutasiya etmə səbəbi orqanizmdə həyat qabiliyyətini saxlamağa yönəlməsidir. Mutasiya prosesi virusların daha təhlükəli, daha ölümcül ştamını əmələ gətirə bilər və yaxud yoluxmasını sürətləndirə bilər. Bizim üçün ən təhlükəlisi isə virusun daha ağır xəstəlik törədən mutasiyasıdır. Lakin nəzərə çatdırmaq istərdim ki, hal-hazırda Britaniya ştamında bu əlamətlər yoxdur. Sadəcə Britaniya ştamı daha çox yoluxuculuğa malikdir. Virus davamlı şəkildə mutasiyaya uğrayaraq orqanizmdə yaşamağa və öz yaşayış qabiliyyətini daha da artırmağa yönəlmiş bir canlı orqanizmin qoruma reaksiyasıdır. Virusun özü bir canlı orqanizm olduğuna görə onun dəyişməsini müşahidə edə bilərik. Britaniya variantının sürətli yayılması və yoluxma sürətinin artması baxımından risk faktorudur. Qısa zaman içərisində yoluxmanın çox olması səhiyyə sisteminin yüklənməsinə səbəb ola bilər və biz yoluxma hallarının artmasını müşahidə edə bilərik. Ancaq bildiyimiz kimi Azərbaycanda aparılan vaksinasiya "inaktive" olunmuş yəni zəifləndirilmiş, öldürülmüş viruslar vasitəsilə aparılan vaksin prosesidir. Bu vaksin törədicinin bütün genetik strukturunu əhatə edən materialdan hazırlanmış peyvənd olduğuna görə Britaniya ştamına da müqavimətlidir. İnsanlarımız vaksinasiyada iştirak etməklə mutantlaşan yeni növlərdən qorunmuş və immunitet əldə etmiş olurlar. Buna görə də vaksinasiyanın daha böyük insan kütləsini əhatə etməsinə çalışmalıyıq. Britaniya ştamı Azərbaycanda yayıla bilərmi? –sualına gəldikdə isə xaricdən gələn insanlarda olması daxildə yayılması mənasına gəlmir. Təbi ki, ölkəmizdə mutasiya olan virusun aşkarlanması ehtimalı hal hazırda mümkündür. Sadəcə biz qorunma tədbirlərinə riayət edərsək və vaksinasiyada iştirak etsək qarşısını alıb, immunitet formalaşdıraraq normal həyatımıza geri dönə bilərik".
Qönçə Quliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB