Avstraliyanın şərq sahillərinə yağan leysan yağışları okeanda böyük dalğalar yaradıb və materikdə daşqınlara səbəb olub. SİA xəbər verir ki, Yeni Cənubi Uels ştatının hakimiyyət orqanları sahil ərazisində yaşayanların təxliyəsinə başlayıb.
Avstraliya Dövlət Meteorologiya Bürosunun məlumatına görə, tropik yağışlar və güclü külək ştatın şimal sahillərində yerləşən onlarla şəhərdə daşqınlara səbəb olub. Yerli vaxtla səhər saat 4:00-da Tari, Danqoq, Uinqem, Port-Makkuori, Kandltaun, Louer-Makli, Nort-Heyven, Danboqan və Lorietonda təcili təxliyə elan edilib. Sidneyin şimalında yerləşən şəhərlərin, Maksvil, Kinqs-Point və Kempsinin sakinlərinə də gün ərzində təxliyəyə hazırlaşmaq tövsiyə olunub.
Ştatın Xilasetmə Xidməti əraziyə rekord miqdarda yağıntı düşdüyünü təsdiq edib. Həmçinin ötən gecə xilasetmə xidmətinə 1500-ə yaxın müraciətin daxil olduğu və 200-ə yaxın xilasetmə əməliyyatının keçirildiyi bildirilir.
Güclü yağışların və qasırğanın martın 22-dək davam edəcəyi barədə xəbərdarlıq yayılıb. Sakinlərdən evlərini tərk etməmək xahiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB