Dünyada son sutka ərzində 535 min nəfərdən çox şəxs koronavirusa yoluxub
Dünyada son sutka ərzində 535 860 nəfər koronavirusa yoluxub, 9868 nəfər ölüb.
SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.
Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 121 464 666 yoluxma hadisəsi, 2 684 093 ölüm faktı qeydə alınıb.
Son 24 saat ərzində yoluxmanın 43 faizdən çoxu Avropanın (233 900) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (195 970) ilə Cənub-Şərqi Asiya (4921) bölüşür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB