İnana bilmədik, öldüyünü düşünürdük.

İnana bilmədik, öldüyünü düşünürdük.

2004-cü ildə baş verən 9.1 bal gücündə olan zəlzələdən sonra İndoneziyada tsunami olub. Ölkə tarixində ən çox itki verən zəlzələlərdən biri olaraq qeyd edilən bu hadisədən sonra baş verən tsunami zamanı itkin düşən və öldüyü düşünülən polis məmuru Abrip Asep, 16 il sonra ölkənin Aceh bölgəsindəki ruhi xəstəxanada ortaya çıxıb. Ölkə tarixində 6-cı zəlzələ kimi qeydə alınan zəlzələdə 230 mindən çox insan həyatını itirib.

Tsunamidən sonra travma yaşayıb

26 dekabr zəlzələ günü vəzifədə olduğu bildirilən Asepin, tsnumanidən sonra ağır travma aldığı öyrənilib. Asepin ailə üzvlərindən biri yerli mətbuata: "İnana bilmədik. 16 ildir bir şey eşitmədik. Öldüyünü düşünürdük. Sağ qaldığını bilmirdik" deyib.
Açe Polis Şöbəsindən verilən açıqlamada, Asepin sağ olduğunu öyrəndikdə ailəsinin çox xoşbəxt olduğunu qeyd edib.

Ayşən Sadıxzadə

Bütün xəbərlər Facebook səhifəmizdə