Meksikanın "Pemex" ölkənin Tabasko ştatında iri neft yatağı kəşf edib

Meksikanın "Pemex" ölkənin Tabasko ştatında iri neft yatağı kəşf edib

Meksikanın dövlət neft və qaz şirkəti "Pemex" ölkənin cənub-şərqində yerləşən Tabasko ştatında iri neft yatağı kəşf edib.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə müəssisənin rəhbəri Oktavio Oropesa məlumat verib.

İlkin yoxlamalara görə "Dzimpona-1" adı verilən yatağın təxmini ehtiyatları 500-600 milyon bareldir.

Məlumat üçün bildirilir ki, 2020-ci ildə şirkət 480,96 milyard peso (təxminən 23 milyard dollar) itirib, 2019-cu ilə nisbətən xalis zərər 38 faiz artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə