ABŞ Senatı ölkənin Rusiyadakı keçmiş səfirini MKİ-nin rəhbəri vəzifəsinə təsdiqləyib

ABŞ Senatı ölkənin Rusiyadakı keçmiş səfirini MKİ-nin rəhbəri vəzifəsinə təsdiqləyib

ABŞ Konqresinin Senatı ölkənin Rusiyadakı keçmiş səfiri Uilyam Bernsi Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri vəzifəsinə təsdiqləyib.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Senatın mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Bernsin namizədliyi yekdilliklə təsdiqlənib. O, yaxın zamanda and içəcək.

U.Berns 2005-2008-ci illərdə ABŞ-ın Rusiya Federasiyasındakı səfiri olub. 2011-2014-cü illərdə ABŞ Dövlət katibinin birinci müavini vəzifəsində çalışıb, son dövrlərə qədər isə Karneqi Fondunun prezidenti olub. Berns 2020-ci ilin dekabrında ABŞ-Rusiya münasibətlərindən danışarkən, Moskva ilə Vaşinqton arasında qarşılıqlı əlaqə üçün “dar çərçivəli imkanlar” olduğunu bildirib. O, həmçinin Rusiyanın Yaxın Şərqdəki təsir gücünün artmasına toxunub.

Bütün xəbərlər Facebook səhifəmizdə