Suriya Daxili İşlər Nazirliyi nümayəndəsi ölkənin rəsmi xəbər agentliyi olan \"SANA\"ya verdiyi açıqlamada Humus və İdlib şəhərlərində etiraz nümayişləri zamanı silahlı qrupun açdığı atəş nəticəsində polis və sadə vətəndaşlar da daxil olmaqla 27 nəfərin öldüyünü deyib. O bildirib ki, silahlı qruplar cümə namazından sonra nümayiş edən vətəndaşların toplaşmalarını və təhlükəsizlik güclərinin vətəndaşlara qarşı atəş açmamaq istiqamətində nazirliyin qəti təlimatlarını fürsət bilərək polislərə və sadə vətəndaşlara atəş açıb.
Suriyalı qaynaq Humus şəhərində isə silahlı cinayətkar qruplarının bir vasitədən polislərə və təhlükəsizlik mənsublarına atəş açdıqlarını və bunun nəticəsində aralarında bir mayor da olmaqla 6 polisin yaralandığını qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB