Almaniyada karantin rejiminin müddəti yenidən uzadılacaq

Almaniyada karantin rejiminin müddəti yenidən uzadılacaq

Almaniyada karantin rejiminin dördüncü mərhələdə ləğv ediləcəyi planlaşdırılsa da, görünür, onun müddəti yenidən uzadılacaq. Bu, əhalinin koronavirusa yoluxma statistikasının pisləşməsi ilə əlaqədardır.

SİA xəbər verir ki, növbəti bazar ertəsi federal hökumət Almaniyada vəziyyətin müzakirəsini keçirəcək. O gündən etibarən küçə restoranlarının, həmçinin teatrların, konsert zallarının, opera teatrlarının və kinoteatrların açılması planlaşdırılırdı.

Bununla belə, infeksiya göstəricilərinin pisləşməsi və “AstraZeneca” vaksini ilə bağlı qeyri-müəyyənlik hökuməti bu istiqamətdə görəcəyi işləri dayandırmağa məcbur edib. Görünür, karantin rejiminin müddətini yenidən uzatmaq lazım gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə