Fransada sürücü avtomobili ilə 18 velosipedçini vuraraq xəsarət yetirib

Fransada sürücü avtomobili ilə 18 velosipedçini vuraraq xəsarət yetirib

Fransanın Luara departamentində şəhərətrafı magistral yolda avtomobil velosipedçiləri vurub.

SİA-nın məlumatına görə, bu barədə France Bleu radiosu xəbər verib.

Məlumata əsasən, hadisə nəticəsində ən azı 18 velosipedçi yaralanıb. Vəziyyəti ağır olan yaralılardan biri xəstəxanaya çatdırılıb.

Yerli idman klubuna aid olan bir qrup velosipedçi 14 azyaşlı və dörd böyük yaşda müşahidəçidən ibarət olub. Ən ağır xəsarətləri 14 yaşlı yeniyetmə alıb, O, Sent-Etyen xəstəxanasına aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə