Co Bayden Vladimir Putinə “qatil” dedi: “cəzasını çəkəcək” Amerikanın Rusiyaya təzyiqi
Co Bayden Vladimir Putinə “qatil ” dedi: “cəzasını çəkəcək”
Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden, Rusiyanın prezidenti Putini "qatil" adlandırıb.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Co Bayden “ABC Nyus” kanalına canlı müsahibəsində jurnalistin “Putini qatil sayırsınızmı?” sualına cavab olaraq deyib: “Bəli, hesab edirəm, Putin seçkilərə müdaxilə etməsinin cəzasını alacaq".
Baydenin bu mesajından sonra Rusiya ABŞ-dakı səfiri Anatoli Antonovu məsləhətləşmələr üçün geri çağıırıb. Belə ki, Baydenin sərt açıqlamalarından sonra Rusiya-Amerika əlaqələrində təzyiq yüksək həddə çatıb.
Qeyd edək ki, Rusiyadan ilk cavabını da bu ölkənin Amerikadakı səfiri Anatoly Antonov verib. Rus diplomay iddialara cavab olaraq “ABŞ rəhbərliyi ölkədəki qeyri-sabitlikdə xarici faktorları günahlandırır. Vaşinqtonun bu davranışları ikitərəfli münasibətlərin normallaşmasına kömək etmir. ABŞ rəhbərliyi bu münasibətiləri ilə müxtəlif problemlərin həll yollarını tapmaq üçün bərabər və qarşılıqlı hörmətli dialoqdan uzaqdır", deyə bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB