Valideynlərin övladlarının sağlam və təhlükəsiz yaşayışını təmin etmək üçün əllərindən gələni etməyə çalışması tamamilə normaldır. Lakin, uşaqların valideyn olmayan yerdə, özünün təkbaşına edəcəyi cəhdlərə ehtiyyacı var. Buna görə də, həddindən artıq nəzarət azyaşlının duyğu və davranışlarını idarə etmək qabiliyyətinə mənfi təsir edir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Amerika Psixoloji Assosiasiyası tərəfindən nəşr olunan yeni bir araşdırmada valideynlərin, xüsusilə də məktəb mühitində nəzarətin öhtəsindən çətinliklə gəldiyi bəlli olub. Tədqiqatın aparıcı müəllifi dr.Nikole Perri əlavə edib: "Duyğularını və davranışlarını tənzimləyə bilməyən uşaqlar sinifdə pis davranır. Onlar dostluq etməkdə çətinlik çəkir".
Uşaqların ehtiyaclarına həssas yanaşan, vəziyyəti idarə edən və emosional sıxıntı olduqda onlara dəstək ola biləcək valideynlərə ehtiyacı var. Valideyn bu ehtiyacları ödədikdə uşaqlar öz problemlərini həll edə biləcək, bacarıqlarını inkişaf etdirəcək, zehni və fiziki sağlamlıqlarını yaxşılaşdırmağa, ictimai münasibətlərini və tədris ili boyu müvəffəqiyyətlərini artırmağa kömək edəcək.
Tədqiqatçıların fikrincə, duyğu və davranışı idarə etmək bacarığı hər uşağın öyrənməli olduğu vacib amildir. Həddindən artıq valideyn nəzarəti bu imkanları məhdudlaşdırır. Bu araşdırma üçün 8 il ərzində 422 uşaq müşahidə edilib.
Əldə edilən məlumatlar nəticəsində, 5 yaşlı uşaqlarda emosionallıq nə qədər inkişaf etsə də, sonrakı illərdə bu problemlə qarşılaşma ehtimalı bir o qədər az olur. 10 yaşlı uşaqların isə emosional və sosial problemlərlə qarşılaşma riskinin daha az olduğu aşkar edilib.
Stresli vəziyyətlərdə sakitləşən və özlərini idarə edə bilən uşaqların bunu yeniyetməlik çağından əvvəl rahatlıqla etdiyi müşahidə olunub. Perri valideynlərin və övladların duyğularını anlayaraq onlara kömək edə biləcəyini söyləyib. Valideynlər uşaqlarına dərindən nəfəs almaq, musiqi dinləmək, rəsm çəkmək və ya sakit bir yerə çəkilmək kimi mübarizə üsullarını izah edərək kömək ola bilər.
Ayşən Sadıxzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB