Konyadan gələn qəribə xəbər qan dondurub. Şizofreniya xəstəsi olan 25 yaşlı Soner Bali yerləşdirildiyi xəstəxanadan qaçaraq 15 yaşlı bacısının boğazını kəsib. SİA-nın Türkiyə mətbuatına istinadən paylaşdığı məlumata görə, şübhəli ifadəsində o bunları deyib: “Bacım və anam xəstəxanadan qaldırılmağımla bağlı rayon qubernatoruna ərizə yazıb. Mən də anama unutmayacağı bir dərs vermək istədim. Onun əziyyət çəkməsini dilədim”.
Hadisə axşam saatlarında səlcuqlu mərkəz səlahəddin eyyubi məhəlləsində baş verib. Şizofren Soner Bali ailəsinin istəyi ilə təcili yardım və polisin müşayiətində Konya şəhər xəstəxanasına aparılıb. Psixiatriya şöbəsinə yerləşdirilən Bali qısa müddət sonra xəstəxanadan qaçaraq evə gəlib. Buhari imam hatip liseyinin birinci kurs tələbəsi olan bacısı Yağmur Bali ilə mübahisə edən Soner Bali onun boğazını kəsdikdən sonra, bədəninin müxtəlif yerlərindən bıçaqlayaraq öldürüb.
Yağmur Balinin anası ilə bacısı axşam evə gələndə qapının kilidli olduğunu görüb. Baliyə zəng çatmadığını bilən qohumlar polisə zəng edərək kömək istəyib. Çilingərin köməyi ilə evə girən polis, gənc qızın qanlar içində olan cansız bədəni ilə qarşılaşıb.
Əvvəllər də bacısını döyürmüş
Mühafizə polisinin cinayət bürosunun nümayəndələri hadisə yerində araşdırma apararkən şübhəli Soner Balini evin yanında görüblər. Bali bıçaqla tutularaq şöbəyə aparılıb. Araşdırmalar nəticəsində Balinin əvvəllər də bacısına qarşı şiddət tətbiq etdiyi bilinib. Ölüm xəbərini alan gənc qızın yaxınları əsəb keçiriblər. İstintaq davam edir.
Ayşən Sadıxzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB