Koronavirusa qarşı hazırlanmış “Astra zeneka” peyvəndinin laxtalanma riski səbəbi ilə 18 ölkə istifadəsini dayandırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Avstriyanın səhiyyə naziri Rudolf Anskober, Avropa Dərman Agentliyinə müraciət edib. Onun sözlərinə görə, Agentlik “Astra zeneka”nın istifadəsi ilə bağlı son qərarını verməlidir.
İsveçin baş epidemioloqu Anders Teqnellinin sözlərinə görə, vaksin təkcə qan laxtalanmasına deyil, həmçinin, qanaxmaya da səbəb olur. O bildirib ki, bu əlamət peyvənd olunduqdan 1-2 həftə sonra özünü göstərir və indiyədək Avropada 10-15 pasiyentdə bu hal müşahidə olunub. İsveçdə isə belə bir hadisəyə rast gəlinməyib.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB