Qəddafinin ailəsi Belarusdadır?

Qəddafinin ailəsi Belarusdadır?

Liviya müxalifətinin Qətərdən yayımlanan telekanalı Müammər Qəddafinin ailəsinin harada olması ilə bağlı xəbər yayaıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, məlumatda Liviya liderinin həyat yoldaşı və qızının Belarusda olduğu deyilir.

Qeyd edək ki, Qəddafinin həyat yoldaşı və qızının mayın ortalarında Tunisə getdikləri bildirilirdi. Lakin Tunis tərəfi bu məlumatları təkzib edib.


Bütün xəbərlər Facebook səhifəmizdə