Küveyt, BM İnsan Haqqları Şurasına üzv oldu

Küveyt, BM İnsan Haqqları Şurasına üzv oldu

Küveyt BM-in İnsan Haqları Şurasına üzv oldu. SİA-nın məlumatına görə, 47 üzvü olan şuranın tərkibinə Küveyt, Hindistan, İndoneziya İtaliya ilə birlikdə 15 yeni ölkə daxil olub.

Suriyanın hədəflədiyi yerə Küveytin seçilməsinə müxtəlif insan haqqları təşkilatları etiraz edib. Təşkilat nümayəndələrindən biri qərarın gözlənilməz olduğunu bildirib: \"Küveytin insan haqqları mövzusunda gördüyü işlər, şübhəsiz ki, Suriyadan çoxdur. Amma yenə də bu qərar gözlənilməz oldu\".

Xatırladaq ki, beynəlxalq ictimaiyyət tərəfindən ölkədəki nümayişləri şiddətdən istifadə edərək ört-basdır etməklə günahlandırılan Suriya, keçən həftə namizədlikdən imtina etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə