Gürcüstanın bir sıra bölgələrində elektrik enerjisi təchizatı dayanıb
Gürcüstanın bir sıra bölgələrində, eləcə də paytaxt Tbilisinin bir hissəsində elektrik enerjisi təchizatı dayanıb.
SİA xəbər verir ki, Gürcüstan Dövlət Elektrik Sistemi (GSE) yaranmış vəziyyətin səbəbini Türkiyə ilə Gürcüstanın elektrik sistemlərini əlaqələndirən 400 kilovattlıq “Mesxeti” elektrik xəttində problemin yaranması ilə izah edib.
Qurumun məlumatında qeyd olunub ki, problemlə əlaqədar Türkiyədən Gürcüstana elektrik enerjisi idxalı dayanıb və nəticədə ölkənin bir sıra bölgələrində elektrik enerjisinin tədarükü məhdudlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB