“AstraZeneca” peyvəndinin qanda laxtalanmaya səbəb olması ilə bağlı heç bir sübut yoxdur - ADA rəsmisi
COVID-19-a qarşı “AstraZeneca” peyvəndinin qanda laxtalanmaya səbəb olması ilə bağlı heç bir sübut yoxdur.
SİA-nın "dw.com"a istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Dərman Agentliyinin (ADA) rəhbəri Emer Kooki bildirib.
“Agentlik hələ də “AstraZeneca” peyvəndinin COVID-19-un qarşısının alınmasında göstərdiyi faydaların, onun yan təsirlərindən çox olduğuna qətiyyətlə əmindir”, - deyə o qeyd edib.
Avropa Dərman Agentliyinin rəhbəri vurğulayıb ki, peyvənd vurulandan sonra qanda laxtalanmanın yaranmasına dair iddialar araşdırılır və martın 18-də araşdırmanın nəticələri təqdim olunacaq.
Qeyd edək ki, Almaniya, Fransa və İtaliya da daxil olmaqla, bəzi ölkələr sağlamlıq təhlükəsi ilə əlaqədar “AstraZeneca”nın istifadəsini dayandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB