Latviyada COVID-19-un "Britaniya ştammı"nın yayılma halı 20-25 faiz təşkil edir

Latviyada COVID-19-un "Britaniya ştammı"nın yayılma halı 20-25 faiz təşkil edir

Latviyada COVID-19-un "Britaniya ştammı"nın yayılma halı 20-25 faiz təşkil edir.

SİA ölkə mətbuatına istinadla xəbər verir ki, bu barədə Latviya Biotibbi Tədqiqatlar Mərkəzinin Elmi Şurasının sədri Yanis Klovinş söyləyib.

O bildirib ki, ötən həftə laboratoriyada sistematik şəkildə həyata keçirilən test nümunələrinin 23 faizində COVID-19 infeksiyasının "Britaniya ştammı" aşkar edilib.

“Virusun digər variantları azalır. Əgər bu yeni ştamm olmasaydı, virusun azalma statistikası üzrə enmə xətti daha sürətlə gedə bilərdi”, – deyə Şurasının sədri əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə