Dünyanı gəzən gənc qız - ŞOK ANLAR YAŞADI-FOTOLAR

Dünyanı gəzən gənc qız - ŞOK ANLAR YAŞADI-FOTOLAR

Bəziləriniz sosial şəbəkələrdə Lexie Alford adını eşitmisiniz, amma bilməyənlər üçün xatırlatma edək. SİA-nın Türkiyə mətbuatına istinadən paylaşdığı məlumata görə, 10 aprel 1998-ci ildə Kaliforniyada anadan olan Amerikalı gənc qadın cəmi 22 yaşındadır və keçən il 196 ölkəni gəzərək dünya turunu tamamlayıb. O, bu sahədə Ginnesin Rekordlar Kitabına girib.

Lexie indi yer üzündə "dünyanı gəzən ən gənc insan" adına sahibdir. Bəzilərimiz onu "youtube" və "instagram" platformalarından tanıyırıq. Hal-hazırda Lexie doğulub böyüdüyü Los-Anceles torpağına qayıdıb. O buranı "Amerikadakı ən fərqli yer" anlandırıb. "Dünyada yaşamaq üçün buradan daha yaxşı bir yer bilmirəm"-deyən Lexie bəlkə də haqlıdır. Lexie, dünyanı kəşf etməsi barədə ətraflı məlumat verib: “Pandemiya dövrü olduqca maraqlı idi. Braziliyada festivalda idim və bir gün sonra ölkədəki ilk koronavirus xəbəri açıqlandı. Mart ayının ilk günləri idi...Nəticədə, Amerika Birləşmiş Ştatlarına qayıtdım və uzun müddət həryer bağlandı. Yalnız karantin dövründə səyahət etmək fürsətim olub. Türkiyəyə getdim və iki həftə quru yolu ilə gəzdim. Daha sonra iki həftə şimali İraqda qaldım.

Anamın turizm agentliyi olduğu üçün səyahətə çox gənc yaşlarda başlamışam. O, bu şirkəti 19 yaşında qurub. Hələ çox gənc ikən məni məktəbdən götürüb səyahətə aparırdı. Bu mənim üçün çox əyləncəli idi. 18 yaşımda artıq 70 ölkəni gəzmişdim. Orta məktəbi tez bitirdim və 18 yaşında dosent adı aldım. 12 yaşımda ən böyük xəyallarımdan biri ömrünün bir ilini işləmədən və məktəbə getmədən keçirtmək idi. Ona görə də, çox qənaətcil idim və özüm üçün çox pul yığdım. Beləliklə, xəyallarımdakı kimi bir il səyahət etdim. 18 yaşımdaykən "google"da dünyanın hər yerinə səyahət edən ən gənc insan"ı axtarırdım. James Asquith"in Ginnes rekordlar kitabına rast gəldim. Bunu görüb "bu rekordu qırmasam, ömrüm boyu peşman olaram" deyə düşündüm. Dedim heç olmasa sınamalıyam. Bütün layihəni özüm maliyyələşdirdim. Anamın səyahət agentliyində çox gənc yaşlarımdan işləməyə başladım. Çox şanslıydım. Pul qazana bilməsəm də, çox kiçik bir büdcə ilə səyahət haqqında çox şey öyrənirdim. Bir il yarım müddətində yığdığım puldan istifadə etdim. Bu müddət ərzində kamera aldım, blogum üçün çəkilişlərə başladım və sosial media haqqında daha çox məlumat əldə etdim. Bu biznesdə insanlarla tanış olmağa başladım və şəbəkə yaratdım. Vaxt keçdikcə kiçik bir qonorar müqabilində səyahət məqalələri yazdım və sonda işimi qurdum. Bunu ağlımızda tutmaqda fayda var ki, hündür bir dağa qalxarkən, yamac tərəfdən zirvəyə baxanda ruhdan düşərsiniz. Lakin hədəflərinizə doğru yavaş-yavaş irəliləsəniz, zirvəyə daha asan çatacaqsınız. Gənc qız sözlərinə davam edərək, 5 yeri bəyənirəm və hamısının özünəməxsus gözəlliyi var. Mən dalğıcam və sualtı dünyanı sevirəm. İndoneziyada mütəmadi dalış etmək mümkün olduğu üçün oranı xüsusilə sevirəm dedi.

Venesuela təbiətcə gözəldir və xalqı da çox mehribandır. Pakistan xalqı ən qonaqpərvər ölkə idi. Həm də ölkədəki dağ mənzərəsi inanılmazdır.

Misir tarixi zənginliyi və qədim əsərlərin qorunması baxımından inanılmaz bir ölkədir. Giza Piramidaları içərisindəki tunellərdə rəsm və tüstü izlərini hələ də görə bilərsiniz. İslandiya çox unikal bir adadır, bəlkə də dünyanın ən misilsiz yeridir.

Sevdiyim və sevmədiyim yerləri təsvir etmək çətindir. Ancaq deyə bilərəm ki, bir daha getmək istəməyəcəyim yer yoxdur. "Heç vaxt heç vaxt deməyin".

3 il əvvəllə müqayisədə, indi səyahət tərzim və təcrübələrim çox fərqlidir. Əvvəllər olduğum ölkələrin sadəcə sayını sayarkən, indi bu yerlərdən zövq almağı düşünürəm. Fürsətin nə vaxt və harada qarşımıza çıxacağı bəlli deyil.

Öyrəndim ki, səyahət etmək əslində insanları tanımaq üçün bir yoldur. Sizi gəzməyə vadar edən və yolu sonlandıran bu amillərdir. Səyahət təcrübənizi unudulmaz edən oradakı insanlardır.

50-dən çox ölkəyə getdim. Beləliklə, 7-8 ay səyahət etdim. Düşünürəm ki, hər kəs kişi və ya qadın həyatının hər hansı bir nöqtəsində "tək səyahət" təcrübəsi yaşamalıdır. Bu sizə azadlıq verir. Tək səyahət etmək o qədər də böyük bir şey deyil. Fərqli bir ölkəyə və mədəniyyətə qapı açmağa ehtiyac yoxdur. Yaxınlıqdakı şəhərə və ölkəyə gedib öz düşüncələrinizi formalaşdıra bilərsiniz.

Bu yolla səyahət etmənin nə demək olduğunu anlaya və dünyanı kəşf etməyə başlaya bilərsiniz. Həmçinin, səyahət təcrübəsi tanış olduğunuz insanlara minnətdarlıq hissini aşkara çıxarır.

Başqasına tövsiyə edə biləcəyim və illərdir inandığım bir şey var. Xəyalınız varsa və başqaları bunu reallaşdırmağın mümkün olmadığını söyləyərsə, bu insanlara əhəmiyyət verməyin. Xəyallarınızdakı şeyə nail olmaq yalnız və yalnız sizin əlinizdə olan bir şeydir.

Ayşən Sadıxzadə

Bütün xəbərlər Facebook səhifəmizdə