4 nəfərin cəsədi tapıldı Antalyada

4 nəfərin cəsədi tapıldı Antalyada

Antalyada lüks villada eyni ailədən olan 4 nəfərin cansız bədəninin tapılması hadisənin təfərrüatlarını ortaya çıxarıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, anasını, atasını və bacısını nasos tüfəngi ilə öldürənin Mustafa Gidin (40 yaşı) olduğu bilinib.

Hadisə dünən saat 22:00-da Güzeloba məhəlləsində yerləşən 3 mərtəbəli bir villada baş verib. Villada yaşayan ailənin oğlu Mustafa Gitdən xəbər ala bilməyən iki dostu narahat olub ünvana gedib. Dostlar villanın eyvan qapısını açarkən iki nəfərin çarpayıda hərəkətsiz uzandığını görüb tez 112 Təcili Yardım Mərkəzinə zəng ediblər. Xəbəri eşidən polis qrupu eyvanın qapısını qıraraq villaya girib və Muzaffer (73 yaş), həyat yoldaşı Işık Gülsen Gider (65 yaş) ilə onların övladları Mustafa, Gamze Gideri (45 yaş) silahla vurulmuş halda tapıb. Təcili yardım 4 nəfərin öldüyünü bildirib. Atasının cəsədini aşağı mərtəbəyə daşıyıb.

Araşdırma nəticəsində, Mustafa Giderin ov tüfəngi ilə ata-anasını və bacısını başından vuraraq öldürdüyü, bundan sonra da intihar etdiyi bəlli olub. O, atasını birinci mərtəbədə öldürüb və zirzəmiyə daşıyıb. Polis tərəfindən aparılan araşdırmadan sonra, 4 cəsəd ekspertiza üçün Antalya Tibb Təşkilatına aparılıb.

Araşdırmada psixoloji problemi olduğu deyilən Mustafa Giderin bir oteldə fotoqraflıq etdiyi və ətrafındakılara təxminən 150 min lirə borcu olduğu ortaya çıxıb.

Ayşən Sadıxzadə

Bütün xəbərlər Facebook səhifəmizdə