İzmirdə ev dustağı olan iş adamı Ahmet Kurtuluş evində tapança ilə vurulub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisəni Yener Toğa törədib. Məhkəmə sədri tərəfindən verilən suala pul müqabilində qətl törətdiyini deyib. "Mənim pula ehtiyacım və maddi problemim yoxdur" deyə əlavə edib.
Qətldən sonra İzmir Polis İdarəsi 100 nəfərlik xüsusi bir qrup yaradıb. Cinayət şübhəlisi Yener Toğa Bornovada tutulub. İstintaq çərçivəsində Toğa ilə hadisəyə qarışdığı bilinən Barış Yedibela, Erdal Kabakum, Hıfzı Ak, Həsən Akın və Mafer Keleş də həbs olunub. Prokurorluq tərəfindən hazırlanan ittiham aktında; Mütəşəkkil cinayət təşkilatı lideri Serkan Kurtuluş və rəhbər müavini Camgöz və Yener Toğa, Barış Yedibela, Erdal Kabakum, Hıfzı Ak, Həsən Akın, Mafer Keleş, Uğur Uygun və Yaşar Yıldız "cinayət törətmək üçün təşkilat yaratmaq", "quruluşa bilərəkdən kömək etmək", "qəsdən öldürmək", "lisenziyasız odlu silahla güllə almaq, gəzdirmək və ya saxlamaq" səbəbi ilə cəza istənilib.
Məhkəmə sədri həbs olunan Yener Toğaya həbsxanadakı bir məhkuma cinayəti pul üçün etdiyini söylədiyini xatırladıb. Toğa "Mənə pul lazım deyil. Maddi problemim yoxdur. Cinayəti pula görə etdiyimi iddia edən adam yalan danışır" cavabını verib.
Təqsirləndirilənlərdən Baris Yedibela, hadisə ilə əlaqəsi olmadığını iddia edərək, "Öldürülən şəxsi tanımıram. İki ildir həbsdəyəm. Mənə qarşı haqqsızlıq olundu. Sərbəst buraxılmağımı istəyirəm" deyib.
Şübhəli vəkillərindən Abdi Yaşar, "Müdafiə etdiyim şəxsin Serkan Kurtuluşla telefon danışığının qətllə əlaqəsi yoxdur. Hadisə gecəsi Yener Toğanın qaldığı otelin sahibi cinayətə kömək etdiyinə görə mühakimə olunmalı halda, müvəkkilim qətlə kömək günahından 20 ay həbsdə qalıb. Onu hadisə yerinə gətirən taksi sürücüsünün də sorğulanmasına ehtiyac var. "Müştəri 20 aydır ki, adi bir telefon danışığına görə həbsdədir".
Məhkəmə, şübhəlilərin nəzarətə alınması halının davam etməsinə, Serkan Kurtuluş və Lider Camgözün həbs əmrlərinin gözlənilməsinə qərar verib.
Ayşən Sadıxzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB