Armen Sarkisyan da “şpion” çıxdı?

Armen Sarkisyan da “şpion” çıxdı?

Deyirəm, bu Paşinyana deyən gərək, sənə vacib idi “Qarabağ Ermənistandır” deyəsən? Hələ, utanmaz-utanmaz buna bir nöqtə də qoymaq istəyirdi. İndi budur, salmısan erməniləri zəlil günə. O gün də küçədə keçirilən sorğuda erməni əhlinin ölkədə qalan hissəsinin 25 faizi Ermənistanın sabahını qaranlıq gördüyünü bildirib.

Paşinyan isə hələ də getmək barədə belə fikirləşmir. Əslində, burada biz ermənilərin də günahı çoxdur. Vazgen Manukyan nə qədər haylasa da, kücələrə 10-15 mindən artıq adam çıxara bilmir. Ancaq hər dəfə gələn mitinqdə 50, nə bilim 100 min ermənini Nikola qarşı ayağa qaldıracağını bildirir.

Amma o başa düşmür ki, indiki halda Paşinyan problem və ya faktora önəm verirsə, deməli bu müstəvidə biz erməniləri böyük problemlər gözləyir. İndi bizim qəti addım atıb-atmamağımızla deyil ki… Ermənistanda təhlükəsizlik qüvvələrinin gündəlik və həftəlik yüksək ödənişlər müqabilində Paşinyanın maraqlarına necə xidmət etdiyini öznüz də görürsünüz.

Bundan əlavə, bizim Nikolu nə adla çağırıb- çağırmağımızdan asılı olmayaraq etiraf etməliyik ki, o, sadəcə hakimiyyətə gəlməyi bacaran bir populist deyil, həm də aydın bir proqramın həyata keçirilməsi ilə məşğul olanın biridir.

Yadınızdamı, o baş nazir olan kimi “Hərbi vəzifə və hərbi qulluqçuların statusu haqqında” qanuna dəyişiklik edilməsi təşəbbüsü ilə çıxış etdi. Həmin dəyişikliklər Baş Qərargah rəisinin istefası ehtimalını nəzərdə tuturdu. Paşinyan o vaxt artıq gec-tez ordunun müqaviməti ilə qarşılaşacağını bilirdi.

Əslində, burada gizli məqamlar da var. Belə ki, burada Paşinyanın təkcə hakimiyyətini genişləndirmək istəyi yox, həm də Ermənistan və ermənilərin həyati maraqları hesabına Rusiyanı bölgədən qovmağa hesablanıb. Unutmayaq ki, Rusiyanın Cənubi Qafqazdakı hərbi-siyasi varlığını azaltmaq, həm də Qərbin tapşırığıdır.

Maraqlıdır ki, ermənilər Paşinyanın bu “proqrama” tək girişmədiyini, prezident Armen Sarkisyanın da ona kömək etdiyini bildirirlər.

…Əslində mənim də əvvəldən bu Armen Sarkisyandan gözüm su içmirdi…

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə