\"NATO İspaniyanı da bombalayacaqmı?\"

\"NATO İspaniyanı da bombalayacaqmı?\"

\"NATO İspaniya ilə bağlı hansı qərarı verəcək, bu çox maraqlıdır\". SİA-nın məlumatına görə, bu sözləri Kuba lideri Fidel Kastro açıqlaması zamanı deyib. Onun sözlərinə görə, Liviyada baş verən hadisələrin nəticəsi İspaniyada da yaşana bilər: \"İspaniyanın böyük şəhərlərində meydanlarda toplaşan gənclərin nümayişləri gündəmi alt-üst edib. Liviyadakı hadisələr nəticəsində NATO bu ölkədə hərbi əməliyyatlara başladı. Maraqlıdır, İspaniyada da eyni nəticə yaşanacaqmı, NATO İspaniyanı da bombalayacaqmı?\".

84 yaşlı lider açıqlamasında ABŞ-ın mövqeyi ilə də bağlı məlumat verib: \"ABŞ ona itaət edən dünyanın idarəedicisi kimidir. Lakin kasıblıq, təhsil, sağlamlıq, iş və yaşamaq üçün lazım olan su, qida və digər sahələrdə əslində nələr yaşandığını ABŞ görmür, ya da görməzlikdən gəlir\".

Bütün xəbərlər Facebook səhifəmizdə