Deyirəm, baxmamış olmazsız, rusların “NTV” kanalında həftənin beş günü ekranlara gətirilən “DNT” adlı bir verlişi var. Belə ki, telekanala gələn rus qadınları dünyaya gətirdikləri uşaqlarının atasının kim olduğunu öyrənmək üçün bu verilişə müraciət edirlər.
Mənə bu verilşdə qəribə gələn bilirsiniz nədir? Həmən rus qadın və ya qadınlarının uşağının atası olduğu ehtimal edilən iki və ya daha artıq kişinin verilişə dəvət olunaraq, onların səksəkə ilə DNT-nin nəticəsini gözləmələri.
Qeyd edək ki, elmi mənbələrdə DNT deoksiribonuklein turşunun qısaldılmış adıdır. Eimi mənbələrdə deoksiribonuklein turşusu -saxlama, nəsildən-nəslə ötürülmə və işləməsi üçün genetik proqramın həyata keçirilməsini təmin edən makromolekul kimi təqdim edilir. DNT molekulu bioloji məlumatları bir nükleotid ardıcıllığından ibarət olan genetik kod şəklində saxlayır.
…Nə isə, ondan başlayım ki, bizlərdə başqalarının kədərinə sevinməyi həmişə günah sayıblar. Görən, başqa millətlərdə də bunu günah kimi qəbul edirlərmi? Nə demək istəyirəm?
Son günlər erməni nəşrlərində müharibədən sonra nəşləri tanınmaz hala düşən erməni hərbçilər üzərində DNT testləri aparıldığı barədə məlumatlar verilir. Bu testlər daha çox müharibədə ölüb nəşi tanınmaz hala düşmüş erməni əsgərlərinin kimliyini müəyyən edib onların valideynlərinə qaytarılmasına hesablanıb.
Maraqlıdır ki, son günlər ermənilər tapılan nəşlərdə DNT testlərinin doğru-düzgün aparılmamasından şikayət etməyə başlayıblar.
Məsələn, ötən gün erməni bir qadın iki oğlunda aparılan DNT testinin verdiyi nəticədən “narazı” qalıb. Məsələ bundadır ki, oğlanlar qardaş olsalar da, testin nəticəi onların ayrı-ayrı “kişi”lərdən dünyaya gəldiyini göstərib. Baho, bu necə ola bilər? bu erməni qadın ömrü-boyu bir “kişi” ilə yaşayıb axı…
…Deyəsən, mən də ermənilərin DNT testlərini düzgün aparmadığından şübhələnməyə başlayıram axı…
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB