Əntiqə, bomba, daha nə bilim daha nə... Görünən isə budur ki, ötən gün Papa Françis tənqidlərə tabe olmayan məcburi və dəyişməz bir həqiqəti elan edib. Yəni, o, "günahdan nifrət edin, amma günahkarı sevin" kimi kilsə "kəlamı"na riayət etmək niyyətində olduğunu bəyan edib. Doğrudur, Papa Françis eyni cinsdən olan insanlar arasındakı "izdivacı" elə də təqdir etməsə də, amma bu həyat tərzindəki insanlara qarşı sevgi ilə davranmağa çağırış edib.
Bildirək ki, yerli mətbuat papanın bu fikirlərini elə də təqdir etmir. Çünki Avropanın aparıcı nəşrləri papanın bu qərarının azcinslilər tərəfindən elə də yaxşı qarşılanmayacağına əmindirlər.
"Azcinsli birliklərin xeyir-duası qanuni hesab edilə bilməz". Qeyd edək ki, Vatikanın əsas doktrina agentliyinin yaydığı məlumatda belə deyilib.
Maraqlıdır ki, çoxları bu qərarı mütərəqqi katoliklər üçün məğlubiyyət kimi dəyərləndirirlər. Çünki onlar agentliyin azcinslilərə münasibətdə daha müasir olacağına ümid edirdilər.
Bundan əlavə, Qərbi Avropadakı bir çox ölkələr artıq eynicinsli nikahları qanuniləşdirib axı. Belə olan halda, Vatikanın azcinsliləri "günahsız" kimi qəbul etmək istəməməsi kilsənin özünə qarşı yönəlməzmi?
Xatırladaq ki, ötən il nümayiş etdirilən bir sənədli filmdə açıqlama verən Papa Françis, eynicinsli cütlüklər üçün sivil birlik qanunlarının tərəfdarı olduğunu demişdi. Ayə, belə olan halda, bəs, indi nə oldu?
...Belə görünür ki, bundan sonra Avropanın bəzi ölkələrində azcinslilərə öz toylarında oynamaq qismət olmayacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB