Artıq neçə müddətdir ki, Avropa və ABŞ Rusiyaya qarşı ara vermədən yeni sanksiyalar tətbiq edirlər. Maraqlıdır, görən bu sanksiyaların ruslara elə bir təsiri varmı? Məncə, burada bəzi istisnalara baxmayaq, demək olar ki, yox! Çünki belə olmasaydı, ruslar bu sanksiyaları "boş rəsmiyyət"dən başqa bir şey kimi təqdim etməzdilər. Reallıq isə budur ki, Qərb, elə Amerikanın özü də, ruslara qarşı tətbiq etdikləri sanksiyaların hələ ki, heç bir effektini görməyiblər.
Budur, ABŞ və Avropa Rusiyanın müxalifət lideri Aleksey Navalnı ilə bağlı baş verən hadisələrə görə, ruslara xeyli sanksiyalar tətbiq ediblər. Bununla belə, Cozef Bayden hakimiyyətə gələndən sonra ruslara qarşı tətbiq edilən sanksiyalar daha da şaxələnib.
Hə, indi nə olsun? Bilirsinizmi burada maraqlısı nədir? Rusların son zamanlar bu sanksiyalara şəbədə qoşmaları...
Lakin maraqlısı budur ki, nə Qərb, nə də amerikalılar özləri belə düşünmürlər. Məsələn, onlar bu sanksiyalar vasitəsilə Rusiyaya qarşı bir neçə gizli hədəfi həyata keçirdiklərini bildirirlər.
Görən, nədir bu gizli hədəflər.
Qeyd edək ki, ABŞ mətbuatı bu sanksiyaları Bayden rəhbərliyinin xarici siyasətdə öz nüfuzunu müəyyənləşdirmək üçün atdığı addım kimi dəyərləndirir.
Qərb mətbuatı isə ruslara qarşı tətbiq edilən sanksiyaları Qərbin Rusiyaya qarşı siyasi hərəkətlərini birləşdirən bir hərəkət olduğunu yazır. Maraqlıdır ki, onlar bu sanksiyaları Demokratik Partiyanın "orijinal niyyətlərini" nümayiş etdirən bir addım kimi də təqdim edirlər. Məsələn, bu gün Baydenə görə, Demokratik Partiya üçün insan hüquqları, demokratiya və digər dəyərlər hər zaman digər ölkələrin daxili işlərinə müdaxilə etmək üçün ən vacib silah olub.
Bərəkallah! Nə deyəsən? Budurmu, Bayden və onun özündən əvvəlki həmkarlarının Yaxın Şərq ölkələrinə gətirdikləri həmin "demokratiya"?.
...Əslində, mən burada rusları müdafiə etmək niyyətindən uzaq olsam da, amma onların bu sanksiyalara qarşı "etinasız"lıqlarını təqdir edirəm.
Bizlərdə belə yerdə deyərlər ki, çax-çax baş ağrıdır, amma dəyirman öz işindədir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB