ABŞ-da yüngül mühərrikli təyyarə avtomobilin üzərinə düşüb, ölənlər var

ABŞ-da yüngül mühərrikli təyyarə avtomobilin üzərinə düşüb, ölənlər var

ABŞ-ın Florida ştatının Pembrok-Payns şəhərində təyyarə qəzası baş verib.

SİA “NBC” telekanalına istinadən xəbər verir ki, yüngül mühərrikli təyyarə avtomobilin üzərinə düşüb.

Hadisə nəticəsində təyyarədə olan iki nəfər ölüb. Avtomobilin sürücü və içində olan uşaq yaralanaraq xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə