Tavalardakı gizli təhlükə bir çox xəstəliyə səbəb olur. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, sənaye məhsullarındakı kimyəvi maddələrin insan sağlamlığına mənfi təsir etdiyini qeyd edən endokrinoloji və metabolik xəstəliklər mütəxəssisi dos.dr. Mahmut Muzaffer İlhan xüsusilə, tavalarda tapılan PTFE materiala münasibət bildirib. O, bu maddənin insanlarda olan tiroid və reproduktiv funksiyalarına zərər verə biləcəyini deyib.
Son zamanlarda endokrin hormon sisteminə təsir edən və müxtəlif kimyəvi maddələrin alınmağa başladığını qeyd edən endokrinoloji və metabolik xəstəliklər mütəxəssisi dos.dr. Mahmut Muzaffer İlhan, tefal qablarında tapılan PTFE-nin orqanizmə qida və tənəffüs yolları ilə girdiyini, tiroid xərçənginə səbəb olduğunu bildirib. Dosent bu maddələrin heyvanlarda tiroid düyünlərinin meydana gəlməsini artırmaq üçün olduğunu da əlavə edib. Kimyəvi maddələrin təkcə tefal tavalarda deyil, mətbəx qablarından mebelə qədər bir çox əşyada istifadə edildiyini vurğulayan doktor bu məhsulların istifadəsi mövzusunda diqqətli olmağın lazım olduğunu deyib.
Bədənə tənəffüs və qidalanma yolu ilə daxil olur
Bədənin bir çox toxumasında yığılan zərərli maddələrin mənfi təsirlərini izah edən dos. dr. "hormonlar əslində vücudumuza mesaj verən molekullarıdır və iki hüceyrə arasında əlaqə qururlar. Müxtəlif xüsusi növlər mövcuddur. Bunlara hipofiz, tiroid bezləri, pankreas bezi və reproduktiv orqanları daxildir.
Əlbətdə ki, son zamanlarda sənayeləşmiş cəmiyyətlə birlikdə endokrin hormon sisteminə təsir edən müxtəlif kimyəvi maddələr ortaya çıxıb. Onlara endokrin inhibitorları deyirik və sənaye məhsulları arasında tez-tez qarşımıza çıxır. Mətbəxdəki yemək qablarından tefal kimi tavalara, mebeldən xalça və boyalara qədər bu maddələr təmas, tənəffüs və yemək yolu ilə bədənimizə daxil olur. Bunlar müxtəlif toxumalarda da toplana bilər. "Bu yığılmış toxumaların başında endokrin və reproduktiv sistem dayanır"-deyə, o söyləyib.
Bəzi siniflərdə endokrinin siyahıya alınmasının mümkün olduğunu söyləyən dos. dr.İlhan, "məsələn, BPA dediyimiz bisfenol maddəsi ya da pestisid kimi bilinən ftalat, perflora karbonları, pestisidlər plastiklərdə ən əhəmiyyətli qruplardandır. Bunlar arasında xüsusilə tefal kimi tavalarda istifadə olunan və PTFE və PFOA adlanan bir qrup perflura karbonu var. Tefal tavalarda bunun xüsusilə seçilməsinin səbəbi həm istiliyə davamlılığı, həm də boyanma asanlığıdır. Ancaq, bu maddələr istifadə edilərkən, müxtəlif yollarla, xüsusilə də qida yolu ilə bədənə daxil olur və toxumalarda yığılır. "Dos. dr. Mahmut Muzaffer İlhan sözlərinə davam edərək: "PTFE adlanan material yalnız tefal kimi qablarda tapılmır, xalçalardan ləkə davamlı parçalara, mətbəx saxlama qablarından tibbi cihazlara qədər bir çox əşyada olur. Bu materiallardan hətta orada da istifadə olunur” dedi.
Xüsusilə tiroid bezlərində yığılır
Kimyəvi maddələrin ən çox yığıldığı trioid bezlərini xüsusilə qeyd edən dos. dr. İlhan: "Araşdırmalar bu maddələrin təbiətdə təkrar emal yolu ilə əmələ gəldiyini və qida mənbələrində yığıla biləcəyini, dəfələrlə insan bədəninə daxil olacağını göstərib. Hər şeydən əvvəl qaraciyərdə, böyrəkdə və xüsusən tiroid bezlərində yığılma müşahidə olunur. Son illərdə tiroid, həqiqətən PTFE dediyimiz və PFOA maddələrin yığılması ilə ən çox öyrənilən orqanlardandır. Əlbətdə ki, heyvanlarda aparılan tədqiqatlar bu mövzuda daha çoxdur. Heyvanlarda bu maddələrin toxumalarda yığılması ilə tiroid düyünlərində artım aşkar edilib. İnsanlara baxdığımızda tiroid xərçəngi və düyünlər üzərində daha çox araşdırmaya ehtiyac olduğunu görürük. Xüsusilə tiroid və hormonları araşdırarkən bunun tiroid hormonlarında azalma və tiroid tənbəlliyinə səbəb ola biləcəyini göstərir. Bu vəziyyət qadınlarda və kişilərdə (uşaqlarda) daha çox olduğu müşahidə edilib".
Ayşən Sadıxzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB