ABŞ Konqresində F-35 "siçovul yuvası" adlandırıldı: bahalı və yararsız şeyə görə pul ödəməməliyik

ABŞ Konqresində F-35  "siçovul yuvası" adlandırıldı:  bahalı və yararsız şeyə görə pul ödəməməliyik

ABŞ Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin sədri Adam Smit “The Washington Post” qəzetinə verdiyi müsahibədə 5-ci nəsil qırıcı F-35 Lightning II-ni "siçovul yuvası" adlandırıb.

Konqresmen təyyarəni çox bahalı, məyusedici bir müdafiə platforması kimi xarakterizə edib və texniki xidmət xərclərini azaltmağa çağırıb.

"Bu siçovul yuvasına pul atmağı dayandırmaq istəyirəm"- Smit deyib.

O, sözlərini F-35-in yaxşı işləmədiyi və texniki xidmətinin çox bahalı olması ilə izah edib. Smitə görə, Amerika ordusu uzun müddətə bu qüsurlu qırıcıdan asılı vəziyyətdə olacaq.

Bundan əvvəl Forbes jurnalı ABŞ Hərbi Hava Qüvvələrinin F-35 proqramının uğursuzluğu ilə barışdığını bildirmişdi. Mütəxəssislər artan rəqabət səbəbindən yeni təyyarənin konstruksiyasının əhəmiyyətli dərəcədə mürəkkəb olduğunu qeyd etdilər: nəticədə texnoloji yeniləmə yavaşladı, xərclər artdı və layihənin etibarlılığı azaldı. Bu səbəbdən Hərbi Hava Qüvvələrinin rəhbərliyi artıq texnoloji cəhətdən xeyli köhnəlmiş F-16-ları eyni sayda F-35 ilə kompensasiya edə bilmədikləri faktını qəbul etməli oldu.

Qeyd edək ki, F-35 layihəsinin xərcləri artıq yarım trilyona yaxınlaşıb, lakin bunun müqabilində ortaya ciddi və qüsursuz hərbi təyyarə qoyulmayıb. F-35 dəfələrlə sınaq uçuşlarında qəzaya uğrayıb və ya ciddi qüsurlar ortaya çıxıb. Amerikalı hərbi ekpertlər dəfələlərlə az layihə xərci olan Rusiya Su-57-sinin F-35-dən bütün parametrdə daha üstün olduğunu, qiymətinin isə 2 dəfəyə yaxın ucuz olduğunu bildirərək, Penqatonu belə layihələrlə yüz milyardlarla vəsaiti korrupsiyaya cəlb etməkdə ittiham edirlər. Pentaqon isə hələ də bu ittihamlara əsaslı cavab verə bilməyib. Beynəlxalq hərbi tədqiqat mərkəzləri, qüsurlar və çatışmazlıqlar aradan qaldırılmazsa, bunun dünya bazarında Rusiya və Çin 5-ci nəsil qırıcılarının Amerika təyyarələrini tam sıradan çıxaracağını düşünürlər.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə