Başqa xəstəlikdən şikayətlənərək həkimə müraciət edən Cengiz Bülbül gözlənilməz xəbərlə qarşılaşıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, uzun müddətdir xərçəng toxuması ilə yaşadığını öyrənən şəxs, bu şişkinliyin fiziki xəstəliklə əlaqəli olduğunu düşündüyünü deyib. Plastik, rekonstruktiv və rstetik cərrahiyyə mütəxəssisi dos.dr. Özlem Gündeşlioğlu sarkomların sümüklər, qığırdaq, əzələlər, tendonlar, yağ kimi toxumalarda meydana gələ biləcəyini və bunların ciddi qəbul edilməsi lazım olan şiş olduğunu söyləyib.
Cengiz Bülbül, sinəsində olan piy vəzisi şişinin böyüməsi ilə xəstəxanaya gedib. Dərman agentliyində işçi olan Bülbül sinəsindəki kütlənin onu yalnız fiziki cəhətdən narahat etdiyini və heç bir ağrıya səbəb olmadığını deyərək, "təxminən 10 il əvvəl xəstəxanaya getdim və ilk dəfə kütləni çıxartdırdım, amma hər kütləni çıxartdırdığım zaman yenidən böyüyürdü. Bu səbəblə eyni şişi 3 il fasilələrlə 3 dəfə aldırdım. Hər dəfə həkimlər mənə yağ vəzisi olduğunu deyərək göndərdilər. Son dəfə 4 santimetrə qədər böyüdü".
Plastik, rekonstruktiv və estetik cərrahiyyə mütəxəssisi dos.dr. Özlem Gündeşlioğlunun sözlərinə görə isə, bu cür kütlələr alındıqdan sonra təkrarlanmaması üçün həmin bölgə yaxşı təmizlənməlidir. Bu şiş ciddiyə alınmalıdır.
Gündeşlioğlu, yumşaq toxuma sarkomlarının vücudumuzun toxumalarında ortaya çıxan xərçəngli şiş olduğunu qeyd etdi: "Yumşaq toxumalar bədənin strukturunu birləşdirir. Sallanma sümüklərdə, qığırdaqda, əzələlərdə, tendonlarda, yumşaq birləşdirici toxuma və orqan ətrafdakı dəstəkləyici toxumalarda meydana gələ bilər. Bunlar ciddi qəbul edilməli olan ölümcül şişlərdir. Sarkoma kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir. Yumşaq toxuma sarkoması bədənin hər hansı bir yerində baş verə bilər. Ən çox qol, əl, ayaq, sinə, çiyin və qarın bölgələrində görülsə də, yüzdə 10-u baş və boyunda meydana gələ bilər. Yumşaq toxuma sarkoması ümumiyyətlə ilk mərhələlərində heç bir əlamət və ya simptom göstərmir. Bu yumşaq toxumada böyüdükcə şişməyə və ya yumrulara səbəb ola bilər. Xəstənin sinəsində şiş çıxarmaq üçün diametri 10-15 santimetrlik təmizləmə apardıq və o bölgədəki əzələni çıxardıq. Döş sümüyünün üst qatını əzələ altından qırdıq. Sonra ayağındakı dəridən sinəsinə yamaq vuraraq əməliyyatı tamamladıq".
Gündeşlioğlu, kütlələrin və dəridəki lezyonların ciddiyə alınmalı və izlənməli olduğunu qeyd etdi.
Ayşən Sadıxzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB