Nyu-Yorkda koronavirus itkiləri…

Nyu-Yorkda koronavirus itkiləri…

Nyu-York bələdiyyə başçısı Bill de Blasio COVID-19-un şəhər əhlinə vurduğu zərərdən danışıb. Onun sözlərinə görə, bir il ərzində 30 mindən çox şəhər sakini koronavirusdan ölüb: “Hər səhər işə gələrkən gördüyüm ilk şey siyahı və içindəki rəqəmdir. Əsas odur ki, nə qədər insan itirdik”.

SİA rus mətbuatına istinad edir.

Şəhər başçısı qeyd edib ki, Nyu-York II Dünya, Vyetnam müharibələrində, hətta Sendi qasırğası zamanı da bu qədər insan itkisi ilə qarşılaşmamaşdı.

Qeyd edək ki, koronavirusla bağlı itkilər bu gün də davam etməkdədir. Məsələn, fevral ayının sonunda, yəni şəhə əhlinin müəyyən qismi peyvənd edildikdən sonra belə, Nyu-Yorkda 23 ölüm hadisəsi qeydə alınıb. Maraqlıdır ki, ABŞ xəstəliklərə nəzarət və qarşısının alma mərkəzinin sözçüsü bunu amerikalılarla dərmanı qəbul etmək arasında əlaqənin hələ qurulmaması ilə izah edib. Onun sözlərinə görə, əldə edilən məlumatlara əsasən, yan təsirlər klinik sınaqlarda müşahidə olunanlara bənzəyir. Bunlara baş ağrısı, üşütmə, yüngül qızdırma və yorğunluq daxildir.

Xatırladaq ki, 2020-ci ilin yazında ABŞ-da müşahidə edilən ilk koronavirus dalğası zamanı Nyu-York epidemiyanın mərkəzi hesab edilirdi. Belə ki, şəhərdə gündə 700-dən çox insan həyatını itirir, 3 mindən çox insan isə xəstəxanalara qaldırıldı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə