İordaniyada xəstəxanada oksigen təminatının dayandırılması nəticəsində ölənlərin sayı artıb

İordaniyada xəstəxanada oksigen təminatının dayandırılması nəticəsində ölənlərin sayı artıb

İordaniyanın Əs-Salt şəhər xəstəxanasının reanimasiya şöbəsində oksigen təminatının dayandırılması nəticəsində ölən xəstələrin sayı doqquza çatıb.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə “Al-Mayadin” telekanalı məlumat yayıb.

Məlumata görə, ölənlərin hamısı koronavirusa yoluxma səbəbindən xəstəxanaya yerləşdirilmişdi. Hadisə şənbə günü baş verib, həmin gün 6 nəfər eyni səbəbdən ölmüşdü, daha 3 nəfər isə bazar günü dünyasını dəyişib.

İnsidentlə əlaqədar xəstəxananın baş həkimi Abdel Razzak əl-Haşman və daha dörd tibb işçisi saxlanılıb.

Əs-Salt xəstəxanasında xəstələrin ölümü geniş ictimai rezonans yaradıb. Ölkənin baş naziri hadisəni “heç bir şeylə əsaslandırılmayan dəhşətli bir səhv” adlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə