Aşotyanın “xəyali arzuları”...

Aşotyanın “xəyali arzuları”...

Ermənilərdə biri var ey, Armen Aşotyan, dünənə qədər Serjikin yanında "can" qoyub. Serjin bütün tapşırıqlarına "sədaqətlə" xdmət edib. Sarkisyan hakimiyyətdən atılandan sonra, indi də onun yenidən hakimiyyətə qayıdacağını ümid edib, yanında kargüzarlıq edir. Hər halda, "yeməkdən ümid yaxşıdır". Amma tarixdə həm yeməkdən, həm də ümiddən məhrum olanlar da az olmayıb. Amma deyəsən, Aşotyan belələrindən olmaq istəmir deyə, gələcək arzularına böyük ümidlər bəsləyir. Nə isə, keçək mətləbə.

Beləliklə, həmin bu Aşotyan ötən gün şəxsi "Facebook" səhifəsində, guya Azərbaycanın BMT Baş katibinə rəsmi bir məktub göndərdiyini, bu məktubda erməniləri beynəlxalq hüququ pozmaqda günahlandırdığını yazıb.

Əslində, Armenin "Facebook" səhifəsində, yazdığı bu paylaşmanı dərin bir "ürək ağrısıyla" yazdığı onun ilk cümləsindəki dəst-xəttindən də hiss etmək olar. Nə demək olar, yazıb-yazmamaq onun öz işidir. Bundan başqa, erməni xalqının yaddaşında "vətənsevər" biri kimi qalmaq onun da haqqıdır. Bu adı qazanmaq üçün isə Armen də nəsə etməlidir axı...

Bu da öz yerində, amma burada erməni Armenə yer eləyən bilirsiniz nədir?

Məktubun Baş Assambleyanın və BMT Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılması.

Olmaz axı. Azərbaycanlılar məktub yazsın, ermənilər buna müşahidəçi qalsın? Bəs, erməni tərəfi nə ilə məşğuldur? Axı, bu "sülhsevər" erməni xalqına qarşı ən böyük "haqsızlıqdır". Bəs, belə olan halda, niyə, biz ermənilər BMT-yə müraciət etmirik? Bilirəm, əsas olmadığını deyənlər də ola bilər. Bax, burada, siz çox böyük bir səhvə yol vermiş olursunuz. Çünki "əzabkeş bir xalq" olan ermənilər üçün əsas həmişə olub və olacaq. Bəs, belə olan halda, bu xain hərəkətsizliyin səbəbi nədir? Bəlkə hökumət Moskvadan qorxduğu üçün BMT-yə müraciət etməyə cəsarət etmir?

Bax, bu da sənə əsas. İnan, Armen can, sənin o vaxt Sarkisyanla birgə erməni diaspordan qapazladığın nə varsa, Serjdən fərqli olraq, hamısı sənə "halal olsun". O dəqiqə "cörək itirməyən ermənilər"dən olduğunu ortaya qoya bildin.

Sənin, "qoy onda Moskvanın etibar etdiyi insanlar Ermənistanda hakimiyyətə gəlsin" deməyin, inan ki, Serj Sarkisyanı yerindən oynadıb. Sən, "erməni marağı və onun inkişaf yolları ilə yaxşı təmsil olunan insanlar" deyəndə mənim gözümün önünə o dəqiqə "böyük siyasətçi" Serjik gəldi. Məhz buna görə, sənə bu yerdə bir elə özün kimi tosqun bir "malades" düşür. Sən bunu deməklə, inan ki, sərçəni lap gözündən vurmuş oldun. İndi sənin yeni hakimiyyətdəki vəzifən artıq cibindədir. İnanıram ki, Serj bundan sonra sənin barəndə nankorluq etməz, yəni o hakimiyyətə gələn kimi, yerin hazırdır...

...Deyirəm, dünyanın işidir də, birdən sabah hakimiyyətə gələn Serjik Armeni işsiz qoyar, biabır olarıq a...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə