Koronavirusdan ölənlərin sayı 92 mini ötdü Rusiyada

Koronavirusdan ölənlərin sayı 92 mini ötdü Rusiyada
Rusiyada son sutka ərzində koronavirusa 10 083 yeni yoluxma halı qeydə alınıb. SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 390 60 nəfərə çatıb. Rusiyada son bir gündə 395 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 92 090 nəfərdir. İndiyədək 3 995 129 xəstə sağalıb. Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə