Ukraynada indiyə qədər 51 137 nəfər koronavirus əleyhinə peyvənd olunub. SİA xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyinin "Coronavirus.info" telegram kanalında məlumat paylaşılıb.
Bildirilib ki, son bir gündə 3596 nəfər vaksin qəbul edib. Ölkədə hələlik peyvəndlənmənin ilkin mərhələsi həyata keçirilib.
Qeyd edək ki, Ukraynada 1 460 756 nəfər koronavirusa yoluxub. Onlardan 1 222 516 xəstə sağalıb, 28 303 nəfər virusun qurbanı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB