Son zamanlar bu ermənilər lap xoflu olublar ey... Hər şeydən bir söz qayırırlar. Erməni mətbuatı da ağına-bozuna baxmadan bunu tirajlayır. Daha nəzərə almır ki, kasıb yaşayanı var, ürəyi xəstə olanı var...
Hər şeyi xalqa deyib, onun qanını qaraltmaq lazım deyil axı..? Bundan əlavə, Vazgen Manukyan sizə belə şeyləri məsləhət görmür...
Doğrudur, Vazgenin xalqa verdiyi vədlər, bizim o "...ay qora səndən"inə oxşasa da, amma nə etməli, dözmək lazımdır. Amma siz dözmürsünüz. Bu gün o, ingilis xanım Hattinq də ölkədə yeni bir dəb salıb. İndi də "casus" ovuna başlamısınız.
Məncə, ölkədə belə cani-dildən "casus" ovuna çıxsanız, inandırıram sizi, bir müddətdən sonra ölkədə beş altı nəfərlə özünüz qalacaqsınız, bir də ki, indi qovmaq istədiyiniz Nikol Paşinyan.
Nə isə, uzatmayaq. Mən bu gün əlimi ürəyimin üstünə qoyub siz ermənilərə and içərəm ki, dünən erməni xalqına casus kimi təqdim etdiyiniz Naira Zöhrabyan "şpion" deyil. Çünki belə "ermənisevər" bir qadın, dediyim kimi, "şpion" ola bilməz. Doğrudur, mən onun başqa bir yolun yolçusu olduğunu deyə bilməsəm də, amma inanın, Naira dediyiniz adam deyil(?)
İndi ola bilər, verdiyi son müsahibədə bir az əsəbləşib, elmi dildə desək, əsəblərinə sahiblik edə bilməyib, amma siz bunu elə də şişirtməməlisiniz. Çünki o deputat olmazdan əvvəl, erməni ordusuna əskər böyüdən erməni anasıdır. İndi sizin Nairanı "Çiçəklənən Ermənistan" partiyasının üzvü ola-ola Rusiyanın fırıldaqçı və oğru partiyası kimi təqdim etdiyiniz "Vahid Rusiya" partiyasının üzvü kimi danışdığını bildirirsiniz.
Mən bunu, sizin siyasi səhviniz kimi qiymətləndirirəm. İnanın, mən sizə Ermənistanda elə "Çiçəklənən Ermənistan" partiyasının ən fəal üzvü ola-ola cibində başqa beş partiyanın da "knişka"sını gəzdirən neçə adam göstərərəm. İndi Nairanın başqa bir partiya üzvü kimi, danışmağını onun başına vurmaq mənim siz ermənilərə "yaraşdıra bilmədiyim" haqsızlıqdır.
Bir də axı, bu yazıq nə deyir ki? Deyir ki, hər addımımızı Rusiya ilə müzakirə etməliyik, çünki bu, strateji tərəfdaşımız və təhlükəsizliyimizin yeganə qarantıdır.
Hə, burada nə var ki? Məgər siz hələ də rusların "quyruğundan" asılı qaldığınızı bilmirsiniz? Naira, neyləyir, sizi rusların yanında "şirin salmaq" üçün hamıya məlum olan bir şeyi ruslarla yanaşı, elə sizlərə də xatırladır.
Xatırlatmaz, ruslar da "prinsipə" düşüb sizi quyruqlarından kəsib atarlar. Bəs, onda neyləyəcəksiniz?
Bir də, Konstitusiyanı əsas gətirib Ermənistanın ölkənin müstəqilliyinin, ərazi bütövlüyünün, daha nə bilim təhlükəsizliyinin qarantı olduğunu Nairanın gözünə soxmaq lazım deyil. O, erməni qanunların sizin hamınızdan yaxşı bilir. Neçə illərdir deputat kimi öz erməni deputatlarını təmsil edir.
Sizin "Ermənistana "müstəqil" bir dövlət, Rusiyanın bir hissəsi olmadığını deməyinizlə deyil ki...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB