Partiya lideri bunu Rusiyanın Əmək Nazirliyinin "şübhəli kasıb"lara uşaq müavinətinin verilməməsi təklifinə cavab olaraq bildirib.
SİA rus mətbuatına istinad edir.
Maraqlıdır ki, Rusiya deputatları tərəfindən "şübhəli kasıb"lara uşaq müavinətinin verilməməsi ilə bağlı səsləndirdikləri məsələyə ölkənin Əmək Nazirliyi tərəfindən heç bir izah verilməyib.
Bunu mahiyyətcə absurd təklif sayan Zyuqanov dediklərini şərh edərək, hazırkı vəziyyətdə, ilk olaraq, "şübhəli zəngin"lərə artan vergi tətbiq edilməli olduğunu söyləyib.
Zyuqanov bununla yanaşı, ölkədə BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının 20-ci maddəsinin təsdiq edilməsini də təklif edib. Xatırladaq ki, bu maddə "bürokratik əmlak"ın gəlir və xərclərinin uyğunlaşma tələbini müəyyənləşdirir.
Qeyd edək ki, bir müddət bundan əvvəl Rusiya Dövlət Dumasının deputatı Oleq Smolin də uşaq müavinətləri ödəməmək üçün "şübhəli yoxsul"lar axtarmağı təklif edən həmkarlarını kəskin tənqid etmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB