ABŞ-ın Nyu-York ştatında qanunsuz təşkil edilmiş məclisdə silahlı insident baş verib

ABŞ-ın Nyu-York ştatında qanunsuz təşkil edilmiş məclisdə silahlı insident baş verib

ABŞ-ın Nyu-York ştatında qanunsuz təşkil edilmiş məclisdə silahlı insident baş verib.

SİA “New York Post”a istinadən xəbər verir ki, Bruklin rayonunda yerli vaxtla təxminən saat 04:00-da qeydə alınan hadisə zamanı 5 nəfər (24-49 yaş arasında dörd kişi və 23 yaşlı qadın) yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşı Maykl Kemper ziyafətdə atışmanın mübahisə səbəbindən baş verdiyi bildirib: “Atışma zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak etməyib. Silahlı insident tərəflər arasında küçədə də davam edib”.

Bütün xəbərlər Facebook səhifəmizdə