ABŞ Fələstin dövlətinin tanınmasına imkan verməyəcək

ABŞ Fələstin dövlətinin tanınmasına imkan verməyəcək

ABŞ-ın BMT-dəki təmsilçisi Suzan Rays BMT-də Fələstin dövlətinin tanınması ilə bağlı qərarın BMT-nin Baş Assambleyasının toplantısında müzakirəyə çıxarılmasına veto qoyacaqlarını deyib.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Raysın sözlərinə görə, prezident Obamanın may ayının 19-da CNN televiziyasına belə bir açıqlama verməsi hamını təəccübləndirib.

"BMT Təhlükəsizlik Şurasını kənara qoyaraq, Baş Assambleyada belə bir müzakirənin aparılmasına ABŞ hökuməti icazə verməyəcək\", - deyə Rays bildirib.

Qeyd edək ki, Obama may ayının 19-da müsəlman dünyasına xitabən etdiyi çıxışı zamanı Fələstin dövlətinin yaradılmasına dəstək nümayiş etdirib.


Bütün xəbərlər Facebook səhifəmizdə