Dünyada son sutka ərzində 492 min nəfərdən çox şəxs koronavirusa yoluxub

Dünyada son sutka ərzində 492 min nəfərdən çox şəxs koronavirusa yoluxub

Dünyada son sutka ərzində 492 351 nəfər koronavirusa yoluxub, 9689 nəfər ölüb.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 118 754 336 yoluxma hadisəsi, 2 634 370 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 41 faizdən çoxu Avropanın (204 889) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (188 005) ilə Cənub-Şərqi Asiya (51 286) bölüşür.

Bütün xəbərlər Facebook səhifəmizdə