ŞƏT üzvü olan ölkələrin Milli Əlaqələndiricilər Şurasının növbəti iclası keçirilib
Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzvü olan ölkələrin Milli Əlaqələndiricilər Şurasının növbəti iclası keçirilib.
SİA Özbəkistan mətbuatına istinadla bildirir ki, ŞƏT-in Baş katibi Vladimir Norov ötən il görülən işlər haqqında məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.
Baş katib Tacikistanın təşkilata sədrliyi dövründə keçiriləcək tədbirlərdən söhbət açıb. Bildirilib ki, ŞƏT-in 20 illiyi ilə əlaqədar bu il tədbirlər “ŞƏT 20 il: Sabitlik və çiçəklənmə naminə əməkdaşlıq” devizi altında baş tutacaq.
Vurğulanıb ki, bu ilin sentyabrında Düşənbədə ŞƏT-in Zirvə görüşü keçiriləcək və tədbirdə təşkilatın üzvü olan dövlətlərin rəhbərləri iştirak edəcəklər.
İclasda 2021-ci ildə Tacikistanın sədrliyi ilə keçiriləcək əsas Tədbirlər Planı təsdiq olunub. Ümumiyyətlə, Şuranın iclasında 40-dan çox məsələ müzakirə edilib.
Xatırladaq ki, Azərbaycan ŞƏT-də dialoq üzrə tərəfdaş qismində çıxış edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB